Açiq mənbələrdən foto.
“Bizimyolinfo.az” saytı “Deputat: İcra başçısının qanunsuzluqlarına müqavimət göstərən polis, prokuror görməmişik” sərlövhəli məqalədə Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması və əhəmiyyəti barədə deputat Fazil Mustafanın düşüncələrinə yer verib.
Deputat hesab edir ki, Azərbaycanda siyasi partiyaların fəaliyyətinin canlanmasına ehtiyac var və bunun üçün cəmiyyətin ictimai-siyasi həyatında partiyaların aktiv iştirakının yolu tapılmalıdır.
Deputata görə, Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılması bu yöndə eksperiment ola bilər: “Proporsional bələdiyyə seçkiləri keçirilməlidir. Siyasi partiyalar öz namizədləri ilə iştirak etməlidir. Bununla da siyasi partiyaların funksional fəaliyyəti daha açıq şəkildə özünü büruzə verəcək”.
Deputatın fikrincə, bunun üçün ölkədə ciddi struktur islahatlarına başlanmalıdır.
Deputat vurğulayır ki, bu günlərdə daha bir icra başçısı və bir neçə baş həkim korrupsiya faktları ilə həbs olunub, amma icra başçıları bu həbslərdən dərs almırlar, bu isə artıq sistemə yeni yanaşma lazım gəldiyini göstərir.
Deputat əlavə edir ki, bu günə qədər hansısa rayonda icra başçısının qanunsuz hərəkətlərinə qarşı etirazını bildirən, müqavimət göstərən bir polis, bir məhkəmə, bir prokurorluq işçisi barədə bir fakt belə yoxdur.
Deputat hesab edir ki, nəzarət mexanizminin olmaması icra başçılarının əxlaqi dəyərləri tapdalamasına yol açır.
“Müsavat.com” saytı isə “Bu şəbəkəni quranlar və himayə edənlər tapılmalıdır” sərlövhəli məqalədə son günlər səhiyyə sistemində baş vermiş həbslərin səbəblərini tanınmış tibb xadimlərilə dəyərləndirir.
Müəllifin sözlərinə görə, səhiyyə sistemindəki həbslər bu sahədə bütöv cinayətkar şəbəkəni üzə çıxardı, amma iş başında olanlar da var.
Müəllif hesab edir ki, bu sahədə hquqi araşdırma davam edir, həm də tanınmış həkimlər buna münasibət ifadə edirlər.
Tibb elmləri doktoru Adil Qeybulla hesab edir ki, həbs olunanları himayə edənlər, bu şəbəkəni quranlar var, onlar tapılmalıdır, cəzalandırılmalıdır: “İstər FHN-in modul tipli xəstəxanasının baş həkimi, istərsə də, “Yeni klinika”nın direktorunun tabe olduğu strukturlar var və məsuliyyət onların boynundadır”.
A.Qeybulla hesab edir ki, işin təşkilatçıları cəzalandırılmadan icraçıları cəzalandırmaq doğru iş deyil: “Nə qədər ki, səhiyyədə islahatlar getməyib, bu sistem yenidən qurulmayıb, bu problemlər hələ davam edəcək”.
“Moderator.az” saytında isə “Bu şişirdilmiş rəqəmlə biz vətəndaşları aldadırlar… - “Azərişıq”” sərlövhəli məqalədə elektirk məsrəfilə bağlı vətəndaşa yazılan ödənişlərdən bəhs edilir.
Müəllifin sözlərinə görə, Abşeron rayonu Hökməli qəsəbəsi A.Əhmədov küçəsi ev 9 ünvanında yaşayan Amalya Abasova bildirir ki, son vaxtlar vətəndaşların işıq sayğaclarının artıq pul yazmasıyla bağlı şikayətlərinin sayı artıb. A.Abasovanın sözlərinə görə, ASC elektirk məsrəfinə görə, 4306 manat borc yazıb.
Azərbaycan İstehlakçılar Birliyindən (AİB) isə bildiriblər ki, vətəndşaların sayğaclarının təhlükəsizliyi ASC tərəfindən təmin edilmir, proqram vasitəsilə istənilən adamın sayğacına girib dəyişiklik aparmaq olar.
AİB bunu da diqqətə çatdırır ki, “Azərişıq” rəhbərliyi bu faktı nə təsdiq, nə də təkzib edir və problem bu gün də yaşanmaqdadır.
AİB-dən bildirilir ki, Amaliya Abasova Hökməli qəsəbəsində 2006-cı ildən həyət evində yaşayır, bu müddətdə elektrik sayğacına heç bir müdaxilə edilməyib, ödənişlər də vaxtı-vaxtında olunub.
A.Abasova deyir ki, 2006-cı ildən 2012-ci ilə kimi elektirkə borcu olmayıb. 2012-ci ildə “elektirk sayğacına kənar müdaxilə” adı ilə haqqında bəhs etdiyi miqdarda borc yazılıb.
Qəsəbə sakini deyir ki, “Azərişıq” problemi həll etmədiyinə görə, artıq yazılmış məbləği ödəmir.
A.Abasova sayğacının dəyişdirilməsini, smartkartla əvəz olunmasını istəyir, hazırda yazılan “şişirdilmiş” borcun 4306 manat təşkil etdiyini bildirir.
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz