
Bakı/28.09.23/Turan: Deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə aldığı Mərkəzi Klinikada vəfat edib. Deputatın yaxınları bu barədə məlumatı Turan-a təsdiqləyib.
Qənirə Paşayeva sentyabrın 24-də komaya düşüb və xəstəxanaya yerləşdirilib.
Deputatın vəfatının səbəbi hələlik açıqlanmır.
Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. O, 1998-ci ildən "ANS" televiziya şirkətində müxtəlif vəzifələrdə çalışıb.
2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub.
Üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Allah rəhmət eləsin. 0
Rəy yaz