DİN müxalifətçilərin təhdidlərlə bağlı şikayətlərinə reaksiya vermir
Bakı/12.09.19/Turan: "Milli fədailər" qrupunun hakimiyyətin rejimin opponentlərini təqib etmək üçün yaratdığı xüsusi qrup olduğundan heç bir şübhə yoxdur. Bu fikri ToplumTV nəşrinə Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli bildirib.
Məhz bu qrup müxalifət fəallarının və konkret olaraq AXCP fəallarının ünvanına qarayaxma və təhdidlər təşkil edib. Uzun müddət sosial şəbəkələrə bu qrup adından açıq-aşkar təhdidlər yağıb, AXCP tərəfdarlarına təzyiq göstərilib.
İş o yerə çatıb ki, özünü bu qrupun lideri adlandıran Fuad Muradov adlı şəxs AXCP üzvünü ölümlə hədələyib. Amma bizim DİN-ə bununla bağlı müraciətlərimiz cavabsız qalıb. Hakimiyyətin bu davranışı yalnız "Milli fədailər"in hakimiyyətin nəzarəti altında olduğunu göstərir, deyə Kərimli qeyd edib.
Yuxarıda deyilənlər dünən, Yasamal rayon məhkəməsi AXCP fəalı və Kərimlinin mühafizəçisi Ruslan Əmirlini saxta ittihamla 30 gün müddətinə həbs etdikdə növbəti dəfə təsdiqini tapıb. -02D-
-
- İqtisadiyyat
- 12 Sentyabr 2019 16:27
-
- Siyasət
- 12 Sentyabr 2019 16:33
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz