![Dini icmaların sayı 793 oldu](https://turan.az/resized/media/2017/main/122200006433-750-500-resize.webp)
Dini icmaların sayı 793 oldu
Bakı/22.12.17/Turan: Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış 9 dini icmaya şəhadətnamələr təqdim edilib. Bu haqda komitənin məlumatında deyilir.
Komitə sədrinin birinci müavini Siyavuş Heydərov icma sədrlərinə cəmiyyətin dini baxımdan düzgün maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliğ və təşviqi, tolerant və multikultural mühitin daha da inkişaf etdirilməsi kimi tövsiyələr verib.
Xatırladaq ki, 2009-cu ildən dini qurumların yenidən qeydiyyata alınması başlayıb. Haqqında bəhs edilən 9 icma da qeydə alındıqdan sonra ötən müddətdə qeydə alınan dini icmaların ümumi sayı 793-ə çatıb.-05D-
-
- İqtisadiyyat
- 22 Dekabr 2017 16:32
-
- Siyasət
- 22 Dekabr 2017 17:37
Siyasət
-
Bakıdakı Rus Evi ətrafında sosial şəbəkələrdə yayılan dezinformasiyalar Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
-
Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
Rəy yaz