![Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru təyin edilib](https://turan.az/resized/media/2017/main/122200006434-750-500-resize.webp)
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru təyin edilib
Bakı/22.12.17/:Turan: Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
İlahiyyat elmləri üzrə fəlsəfə doktoru Mehman İsmayılov Fondun icraçı direktoru təyin edilib. O, bundan öncə Komitənin Zaqatala bölgəsi üzrə şöbə müdiri vəzifəsində çalışıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev Fondun Himayəçilər Şurasının sədri, deputat Sahibə Qafarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA-nın humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimli və "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev Şura üzvləri təyin ediliblər.
MDTF bu ilin oktyabrında yaradılıb. Fond Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tərkibində fəaliyyət göstərir. Fondun əsas fəaliyyət istiqaməti ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etməkdir.-05D-
-
- Siyasət
- 22 Dekabr 2017 16:40
Siyasət
-
Bakıdakı Rus Evi ətrafında sosial şəbəkələrdə yayılan dezinformasiyalar Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
-
Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
Rəy yaz