Dövlət başçısı şəhid ailələrinə kompensasiyaların verilməsi barədə
Bakı/11.01.19/Turan: Cümə günü Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi məsələsinə toxunub.
2018-ci ilin yazında o, şəhid ailələrinin vərəsələrinə 11 min manat kompensasiya verilməsi barədə sərəncam imzalayıb.
Prezident deyib ki, proses başlanıb, bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var, onların hamısına 11 min manat veriləcək.
"Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq", - İ.Əliyev vurğulayıb.
Xatırladaq ki, yüzə yaxın şəhid ailəsi neçə aydır ki, etiraz aksiyası keçirərək onlara ayrılan kompensasiyanın verilməsini tələb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, həmin ailələr əvvəllər bu vəsaiti alıblar. Lakin heç bir sənədli sübut təqdim olunmur.
Bundan əlavə, kompensasiyalar Qarabağ döyüşlərində həlak olmuş polis və könüllülərin ailələrinə verilmir.-06D--
Siyasət
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində İsrail Dövlətinin Prezidenti İsaak Hersoq ilə görüşüb.
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
-
Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abzas Media nəşrinin işi üzrə proses davam edib. Məhkəmə nəşrin direktoru Ülvi Həsənlinin ifadəsini dinləyib. O, ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
-
Görünür, Kremlin ABŞ-da Donald Trampın hakimiyyətə gəlişinin Rusiya üçün sərfəli olacağı haqqında ümidləri özünü doğrultmayıb.
Rəy yaz