Mehman Hüseynov avropalı diplomatlarla nə danışıb?
Bakı/12.01.19/Turan: Ötən gün bir qrup avropalı diplomat 1 saylı Bakı İstintaq Təcridxanasında bloger Mehman Hüseynova baş çəkib. Bu barədə Trend agentliyi "diplomatik dairələr"ə istinadən məlumat yayıb.
Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər.
"Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir", - məlumatda deyilir.
Məlumata M.Hüseynovun diplomatlar ilə fotosu əlavə edilib. Xəbərdə M.Hüseynovun aclıq etməməsi ilə bağlı rəsmi mövqe bir daha bəyan edilir və bu, "vəziyyəti dramatikləşdirən" antiazərbaycançı qüvvələrin "uydurması" adlandırılır.
Aİ nümayəndəliyi və sözügedən ölkələrin səfirlikləri hələlik vəziyyəti şərh etməyiblər.
Öz növbəsində blogerin qardaşı Emin Hüseynov Mehmanın aclığı dayandırması ilə bağlı hökumətyönlü mətbuatda dərc edilmiş məktubu saxta adlandırıb. -06D-
Siyasət
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində İsrail Dövlətinin Prezidenti İsaak Hersoq ilə görüşüb.
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
-
Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abzas Media nəşrinin işi üzrə proses davam edib. Məhkəmə nəşrin direktoru Ülvi Həsənlinin ifadəsini dinləyib. O, ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
-
Görünür, Kremlin ABŞ-da Donald Trampın hakimiyyətə gəlişinin Rusiya üçün sərfəli olacağı haqqında ümidləri özünü doğrultmayıb.
Rəy yaz