Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına mükafatlar və general rütbələri verilib
Dövlət başçısının sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin üç polkovnikinə general-mayor rütbəsi verilib: Bəhmən Babayev, Eyyub Məmmədov, Nəsib Mirzəyev.
Ölkə prezidenti başqa bir sərəncamla zabit və sıravi sərhədçilərin böyük qrupunu nümunəvi sərhəd mühafizəsi xidməti üzrə orden və medallarla təltif edib.
Rəy yaz