Dunya Miyatoviç və Nil Mujnieks X.İsmayılova barəsində hökmü pisləyib
ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və İnsan Hüquqları üzrə Avropa komissarı Nil Mujnieks bu gün Xədicə İsmayılovanın 7,5 il azadlıqdan məhrum edilməsini qınayıb.
Onların birgə bəyanatında deyilir ki, hakimiyyət Azərbaycanda tənqidi səsləri susdurmaq üçün davam edir. “İsmayılovaya qarşı ədalətsiz məhkəmə aydın şəkildə göstərir ki, Azərbaycan hakimiyyəti tənqidi səsləri susdurmağa davam edir. Mən yenidən hakimiyyəti jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırıram”, deyə Miyatoviç bildirib.
“Xədicə İsmayılova tənqidi səsləri bir-birinin ardınca susmağa vadar edən ölkədə araşdırmaçı jurnalist kimi cəsarətli işinə görə cəza çəkir. Bu, Azərbaycanda demokratiya və qanunun aliliyinə və insan hüquqlarına hörmətə zərbədir,” deyə öz növbəsində Mujnieks qeyd edib.
ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi də hökmü pisləyib, İsmayılovanın işi üzrə prosesi “məzhəkə” adlandırıb və hakimiyyəti hökmü ləğv etməyə çağırıb. -16D-
-
- Cəmiyyət
- 1 Sentyabr 2015 19:36
-
- Foto sessiyalar
- 1 Sentyabr 2015 20:21
Siyasət
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
-
ABŞ-ın CBS telekanalının cümə axşamı verdiyi məlumata görə, Pensilvaniya ştatının Filadelfiya şəhərində kiçik tibb aviasiyasına məxsus LEAR-55 tipli təyyarə yaşayış ərazisinə düşüb. Göyərtədə ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub.
-
Özbəkistanın Xarici Vətəndaşların Vizası və Qeydiyyatı İdarəsinin (UVVİOG) və Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin nümayəndələri biometrik ID kartların sərhəd keçidi üçün qarşılıqlı tanınması məsələsini müzakirə etmək məqsədilə onlayn danışıqlar apardılar. Görüşdə hər iki ölkənin Xarici İşlər Nazirliklərinin konsulluq və hüquq departamentlərinin əməkdaşları da iştirak etdilər, Dunyo xəbər agentliyi məlumat verib.
Rəy yaz