Лейла Мустафаева
Əfqan Muxtarlının ailəsinə dövlət mühafizəsi təklif edilib
Gürcüstan daxili işlər nazirinin müavini Şalva Xutsişvili azərbaycanlı jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayevaya dövlət mühafizəsinin ayrılmasını təklif edib. Bu barədə L.Mustafayeva DİN-də görüş başa çatdıqdan sonra bildirib. Mühafizənin ayrılması onunla əlaqədardır ki, Ə.Muxtarlının ailə üzvləri özlərini müdafiə olunmuş hiss etmirlər.
L.Mustafayevanın sözlərinə görə, görüş zamanı jurnalistin ailəsinə Gürcüstan vətəndaşlığının verilməsi barədə baş nazirin təklifi haqda danışılıb. L.Mustafayeva bir daha bildirib ki, Gürcüstan vətəndaşlığını qəbul etmək niyyətində deyil.
Xatırladaq ki, dünən baş nazir prezidentə müraciət edərək istisna hal kimi Əfqan Muxtarlının ailəsinə Gürcüstan vətəndaşlığının verilməsini xahiş edib. Prezident Administrasiyası bəyan edib ki xahişi yerinə yetirməyə hazırdır.
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz