![Əli Əhmədov YAP-ı müxalifətə qarşı birləşməyə çağırıb](https://turan.az/resized/media/2019/main/080500020714-750-500-resize.webp)
Əli Əhmədov YAP-ı müxalifətə qarşı birləşməyə çağırıb
Bakı/05.08.19/Turan: Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov gözlənilməyən bəyanat verərək, müxalifəti "lənətlənmiş beşinci kolon" adlandırıb, partiya üzvlərini "daha sıx birləşməyə" çağırıb.
O, müxalifəti "xarici qüvvələrin tapşırıqları əsasında" Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyaya başlamaqda ittiham edib. "Məqsəd ölkəmizin davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir", deyə Əhmədov öz Facebook səhifəsində yazır.
Bu səbəbdən Əhmədov uğurların qorunub saxlanması, gələcək uğurların isə təmin edilməsi naminə ənənələrin davam etdirilməsi, siyasi mübarizənin çirkin və təhlükəli üsullardan təmizlənməsi, "müxalifət" adı altında anti-milli cəbhənin yaranmasının qarşısının alınması üçün partiya sıralarının daha da güclənməsi zərurətini qeyd edir.
Əhmədov partiyanın bütün fəal üzvlərini, gəncləri fədakarlıqlara səsləyib.
Amma Əhmədov bu müraciətə səbəb olan konkret səbəb və fakt göstərmir. O, həmçinin müxalifət tərəfindən hər hansı "böhtan" nümunəsi göstərmir.
Onun nəşrinin Rusiyada hökumətə qarşı etirazların güclənməsi və onların Azərbaycana da yayılması perspektivi ilə əlaqədar hakim elitadakı narahatçılığın ifadəsi olduğu istisna deyil. -21С-
-
- Maliyyə
- 5 Avqust 2019 13:49
Siyasət
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
-
Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
-
Fevralın 11-də Azərbaycan Hüquq-Müdafiə Təşkilatlari Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanli və Səadət Bənənyarlı həbs edilmiş jurnalist Şahnaz Bəylərqızının işi üzrə ölkə rəhbərliyinə etdikləri müraciətlə əlaqədar Daxili İşlər Nazirliyində görüş keçiriblər.
Rəy yaz