Əli Əsədov yenidən baş nazir təyin olunub
Bu gün Milli Məclis növbədənkənar iclasında prezident İlham Əliyevin Azərbaycanın baş nazirinin təyinatı haqqında təqdimatına baxıb.
Dövlət başçısı yenidən bu vəzifəyə 2019-cu ilin oktyabrından baş nazir vəzifəsində çalışan Əli Əsədovun namizədliyini irəli sürüb. Deputatlar Əsədovun namizədliyini dəstəkləyiblər və onu baş nazir vəzifəsinə təsdiq ediblər.
Əsədov 1956-cı ildə dünyaya gəlib. Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1995-2000-ci illərdə ölkə parlamentinin deputatı olub.
1998-ci ildə prezidentin köməkçisi, 2012-ci ildə prezident administrasiyasının rəhbərinin müavini təyin edilib.
8 oktyabr 2019-cu il tarixində Milli Məclisin razılığı ilə baş nazir təyin edilib.
Konstitusiyaya əsasən, baş nazir təyin edildikdən sonra prezident hökuməti özü, parlamentlə razılaşdırmadan formalaşdırır.
Rəy yaz