Əli Kərimlinin cangüdəni həbs edilib (yenilənib)
Bakı/29.05.20/Turan: Bu gün Bakının Qaradağ rayon məhkəməsi Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib. O, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
AXCP-də Əmirovun AXCP lideri Əli Kərimlinin cangüdəni olaraq qaldığına görə saxta, siyasi motivli ittihamla həbs edildiyindən əmindirlər.
Əmirov apreldə karantin rejimini pozmaq ittihamı ilə 30 gün müddətinə həbs edilmişdi.
AXCP-nin sədr müavini Seymur Həzi bildirib ki, hazırda Kərimlinin üç cangüdəni və bir köçəkçisi həbsdədir. Karantinin başlanğıcından etibarən 20-dən çox AXCP fəalı inzibati qaydada həbs edilib, daha 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib. -03B06-
* * *
2020 May 29 (Cümə) 14:48:49
Əli Kərimlinin mühavizəçisi saxlanıldığı deyilir
Bakı/28.05.20/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirov saxlanıldığı deyilir.
Bu barədə Turana AXCP-dən məlumat verilib.
Məlumata görə, Əmirov Masallı rayonunda saxlanılıb. "Günorta saatlarında o, paltar bazarında olarkən onu sahə müvəkkilin maşınına mindirəndə görüblər. Bundan sonra Ruslan Əmirovla əlaqə saxlamaq mümkün olmayıb. Çox güman ki, həbs olunub".
Partiyada hesab edirlər ki, bu AXCP-nin fəaliyyəti və son vaxtlar partiya fəallarına qarşı təzyiq kampaniyası ilə bağlıdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Son məlumata görə, Əmirovu Gobustan polis bölməsinə gətiriblər. -0-
-
- Cəmiyyət
- 29 May 2020 18:11
Siyasət
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
-
ABŞ-ın CBS telekanalının cümə axşamı verdiyi məlumata görə, Pensilvaniya ştatının Filadelfiya şəhərində kiçik tibb aviasiyasına məxsus LEAR-55 tipli təyyarə yaşayış ərazisinə düşüb. Göyərtədə ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub.
-
Özbəkistanın Xarici Vətəndaşların Vizası və Qeydiyyatı İdarəsinin (UVVİOG) və Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin nümayəndələri biometrik ID kartların sərhəd keçidi üçün qarşılıqlı tanınması məsələsini müzakirə etmək məqsədilə onlayn danışıqlar apardılar. Görüşdə hər iki ölkənin Xarici İşlər Nazirliklərinin konsulluq və hüquq departamentlərinin əməkdaşları da iştirak etdilər, Dunyo xəbər agentliyi məlumat verib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
Rəy yaz