Yüzlərlə ölkə vətəndaşı Dağıstan sərhədində ağır şəraitdə ölkəyə keçməyi gözləyir
Bakı/29.05.20/Turan: Vətənə qayıtmağı gözləyən yüzlərlə Azərbaycan vətəndaşı Dağıstan sərhədində ağır şəraitdə qalmaqda davam edir.
Onlardan birinin - Asim Tağıyevin Turan-a verdiyi məlumata görə, bir aydır insanlar Maqaramkent rayonunun Kullar qəsəbəsi yaxınlığında faktiki olaraq səhra şəraitində yaşayırlar.
"Biz faktiki olaraq küçədə qalmışıq. Əvvəlcə sellofan və əlimizin altında olan digər vasitələrdən çadırlar qurmuşduq. Amma sonra Rusiya FHN burada çadır düşərgəsi saldı. Gündüz bura dözülməz dərəcədə isti olur, çadırların yaxınlığında dörd ilan öldürmüşük. Yeməyə arpa yarması, qarabaşaq verirlər. Çoxumuzun pulu qurtarıb. Burada çimməyə imkan yoxdur", deyə Tağıyev bildirib.
Onun sözlərinə görə, qadınları, uşaqları, yaşlıları və xəstələri artıq Azərbaycana buraxıblar. Mayın 19-da və 26-da 120 və 131 nəfərlik iki qrup ölkəyə keçib. Eyni zamanda, Kullar yaxınlığında 400-500 nəfər qalıb.
Çadırlarda yer çatmır. Çox vaxt insanlar avtomobillərdə və ya sadəcə olaraq küçədə qalırlar. Bəziləri maşın yuma yerlərində, tikintisi başa çatmamış binalarda sığınacaq tapıblar.
Vətəndaşların növbəti qrupunun Azərbaycana nə vaxt buraxılacağı haqqında suala cavabda Tağıyev deyib: "Bizə dəqiq heç nə demirlər. Mayın 28-də Azərbaycanlı məmurlar gəldilər, uzaqdan çadırlara baxdılar və bizə heç nə demədən geri getdilər".
Mayın 27-də Rusiya FHN başçısının müavini Pavel Barışev Azərbaycanlıların müvəqqəti yerləşdirildiyi məntəqəyə baş çəkib. O, vətəndaşlarla söhbət edib, düşərgədə onların yaşadıqları şəraitlə tanış olub, bu barədə Dərbənd rayon administrasiyası İnstagram səhifəsində məlumat yayıb.
Barışev Azərbaycan vətəndaşları üçün əlavə şərait yaratmağı və çadırların sayını artırmağı vəd edib, deyə məlumatda qeyd edilir.
Azərbaycan hakimiyyəti ətraflı şərh vermir, yalnız vətəndaşların ölkəyə qaytarılmasının qrafikə uyğun olaraq və hər iki ölkənin profilli dövlət orqanlarının sıx qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirildiyini bəyan edir. -06B-
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz