Əliyev pambıqçılıq məsələləri ilə bağlı müşavirə keçirib
Bakı/26.03.18/Turan: Martın 26-da Bərdə şəhərində (Bakıdan 300 km məsafədə) dövlət başçısı İlham Əliyev ölkədə pambıqçılığın inkişafı məsələləri ilə bağlı müşavirə keçirib.
İlham Əliyev öz çıxışında ölkənin tekstil sənayesinin inkişafı və ixrac üçün pambıq istehsalının valyuta mənbəyi kimi böyük əhəmiyyətini qeyd edib.
O, ölkədə pambıq istehsalında bu sahənin liderlərindən biri kimi Bərdə rayonunun tarixi ənənələrinə toxunub. Əliyev yerli və mərkəzi hakimiyyəti pambıq istehsalının dəstəklənməsi üçün bütün lazımi tədbirləri həyata keçirməyə çağırıb, fermerlərə dövlət tərəfindən hər cür dəstək veriləcəyini vəd edib. -02D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz