İ.Əliyev RF prezidentinə başsağlığı verib
Bakı/26.03.18/Turan: Azərbaycan prezidenti İlham Əliyev RF prezidentinə Kemerovo şəhərində ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı teleqramı göndərib.
"Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm", deyə məktubda bildirilir.
Yanğın nəticəsində son məlumatlara görə 53 nəfər həlak olub, 16 nəfər itkin düşmüş hesab olunur.
İlkin məlumatlara görə həlak olanlar və zərərçəkmişlər arasında Azərbaycan vətəndaşları yoxdur, bu barədə ölkə XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib. -06D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz