Əliyev və Ruhani hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər
Bakı/01.11.17/Turan: Noyabrın 1-də Tehranda Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhaninin görüşündə Azərbaycan-İran münasibətlərinin geniş spektri və regional məsələlər müzakirə olunub.
Xüsusən, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələlərinə, bu istiqamətdə perspektivlərə baxılıb, regional məsələlərə toxunulub, terrorizmə və ekstremizmə qarşı mübarizə məsələləri üzrə fikir mübadiləsi aparılıb. Əliyev və Ruhani qeyd ediblər ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir.
Həmçinin, iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub.
Tərəflər məmnuniyyətlə qeyd ediblər ki, keçən il ticarət dövriyyəsi 70%, bu ilin 9 ayı ərzində isə 33% artıb. Söhbət zamanı qarşılıqlı investisiya, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb. Görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla həyata keçirildiyi qeyd edilib (AzərTAc).
Əliyev və Ruhaninin görüşü Tehranda Azərbaycan, RF və İİR dövlət başçılarının sammiti çərçivəsində baş tutub. -06D-
-
- Analitika
- 1 Noyabr 2017 22:38
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz