Эльмар Мамедъяров
Elmar Məmmədyarov noyabrın 16-da Moskvada ATƏT MQ-nin həmsədrləri ilə görüşəcək
Bakı/16.11.17/Turan: Azərbaycan XİN başçısı Elmar Məmmədyarov noyabrın 16-da Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə o, Monteneqro XİN başçısı Srcan Darmanoviçlə danışıqlarının yekunlarına həsr olunmuş bugünki mətbuat konfransında bildirib.
Məmmədyarovun sözlərinə görə, bu görüşdən bir neçə gün əvvəl Ermənistan prezidenti və XİN başçısı Moskvada olacaqlar.
Məmmədyarov qeyd edib ki, vasitəçilərdən həmsədrlərin iştirakı ilə nazirlərin görüşünün keçirilməsi haqqında təklif daxil olub. Amma hələlik qəti razılaşma yoxdur.
"Hazırda dəqiq olan odur ki, mən Moskvada həmsədrlərə görüşəcəyəm", deyə Məmmədyarov bildirib. -06D-
-
- İqtisadiyyat
- 2 Noyabr 2017 13:34
-
- Maliyyə
- 2 Noyabr 2017 14:24
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz