Arxiv
Erməni zabit Azərbaycan tərəfə keçib?
Bakı/23.08.21/Turan: Bazar günü saat 21:00-a yaxın Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Artur Borisoviç Davidyan yuxarı komandanlığın icazəsi olmadan daimi dislokasiya yerini tərk edib. Bir müddət sonra onunla əlaqə itib. İlkin məlumata görə, baş leytenant pis görmə şəraitində azıb və Azərbaycan tərəfinə keçib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Rusiya tərəfinin vasitəçiliyilə hərbi qulluqçunun Azərbaycan tərəfinə keçməsinin təsdiqlənməsi üçün addımlar atılır, məlumatda bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi hələlik bu məlumatı hələlik şərh etmir. -02D-
-
- Siyasət
- 23 Avqust 2021 15:38
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz