Açiq mənbələrdən foto.
Ermənilər qoşunların Qarabağdan çıxarılmasına dair razılaşmanı pozur
Bakı/13.11.20/Turan: Qarabağ ordusu komandanlığı "Yexnikner" hərbi hissəsinin əsgərlərinin öz mövqelərini tərk etməli olması barədə məlumatları təkzib edib.
"Cümə günü müdafiə ordusunda bildiriblər ki, bu sahədəki ordu bölmələri hərbi növbətçiliyi davam etdirir və davam etdirəcək", - “Sputnik Armenia” bildirib.
Erməni mənbələrinə görə, bu hərbi hissə Qarabağın şimalında Tonaşen kəndi yaxınlığında yerləşir.
Əgər məlumat həqiqətəuyğundursa və separatçıların hərbi komandanlığı Qarabağdan çıxmaq barədə müddəaları yerinə yetirməkdən imtina edirsə, o zaman Rusiya sülhməramlıları işə qarışmalıdır. 10 noyabr sazişinə əməl olunmasına nəzarət etmək vəzifəsi onlara həvalə olunub. Sülhməramlılar bunu etməsələr, Azərbaycan Silahlı Qüvvələri üçtərəfli sazişin icrasını təmin etmək hüququna malikdir.-02D-
-
- Cəmiyyət
- 13 Noyabr 2020 16:35
-
- İqtisadiyyat
- 13 Noyabr 2020 17:07
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz