![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2020/main/103000033317-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Ermənistan 84 yaşlı Melkumyanın cəsədini qəbul etmir
Bakı/30.10.20/Turan: Ermənistan Bakıda vəfat edən 84 yaşlı Mişi Melkumyanın cəsədini qəbul etməkdən imtina edir. Bu barədə Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsinin cümə günü yaydığı məlumatda deyilir.
Dövlət komissiyasının məlumatına əsasən, Melkumyan Hadrut qəsəbəsində ermənilər tərəfindən köməksiz buraxılıb. Uzun müddət ac və susuz qaldığına görə onun vəziyyəti ağırlaşıb.
Oktyabrın 29-da Azərbaycan tərəfi onu Qırmız Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəyib, amma Ermənistan tərəfi qeyri-insani rəftar nümayiş etdirərək, onu təhvil almayıb.
“Ürəyin xroniki işemiyası, böyrək çatışmazlığı, pnevmoniya, yataq yaraları və digər ağır xəstəliklərdən əziyyət çəkən M.Melkumyan dərhal xəstəxanaya yerləşdirilmiş, onun sağlamlıq durumunun yaxşılaşdırılması istiqamətində bütün zəruri tibbi prosedurlar həyata keçirilmiş və müvafiq qaydada sənədləşdirilmişdir. M.Melkumyanın vəziyyətinin ağır olması BQXK-nın həkim mütəxəssisləri tərəfindən də təsdiq edilmişdir.
Görülmüş tədbirlərə baxmayaraq, M.Melkumyan oktyabrın 30-u gecə saatlarında keçinmiş və xəstəliyi ilə bağlı epikriz BQXK-ya təqdim olunmuşdur.
Onun nəşinin BQXK-nın vasitəçiliyi ilə verilməsi üçün ilkin razılığın əldə olunmasına və Azərbaycan tərəfindən bütün təşkilati işlərin görülməsinə baxmayaraq, Ermənistan bir daha beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik göstərmiş və M.Melkumyanın nəşini qəbul edib həmin ölkədə yaşayan ailə üzvlərinə çatdırılmasından imtina etmişdir”, deyə məlumatda bildirilir.
Komissiya qeyd edir ki, Melkumyanın əsir kimi təqdim edilməsi yalandır. -06D-
-
- Siyasət
- 30 Oktyabr 2020 16:48
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz