Açiq mənbələrdən foto.
Türkiyənin qərbində güclü zəlzələ
Bakı/30.10.20/Turan: Türkiyə hökumətinin Fövqəladə Hallar İdarəsi ölkənin qərb hissəsində güclü zəlzələ olduğunu bildirib. Bakı vaxtı ilə saat 15.51-də qeydə alınan təkanların episentri Ege dənizində, İzmir əyaləti sahillərində olub. Zəlzələnin mənbəyi 16,5 km dərinlikdə yerləşib, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Təkanlar təxminən 15 saniyə davam edib və Türkiyənin bir çox qərbi əyalətlərində hiss olunub. Nəticədə İzmir şəhərinin Bornova və Bayraklı rayonlarında altı yaşayış binası dağılıb. Xəsarət alanlar haqqında hələlik məlumat verilmir. -02D-
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz