Açiq mənbələrdən foto.
Ermənistan bundan sonra da Qarabağda bütün məsələlərin həlli ilə bağlı planlarını gizlətmir
Bakı/13.11.20/Turan: Bu gün Qarabağ separatçılarının lideri Araik Arutyunyan və Yerevanın meri Ayk Marutyan Qarabağda dağılmış evlərin bərpası məsələlərini müzakirə ediblər. Bu barədə erməni KİV-ləri məlumat verir.
“Stepanakertdə dağıntıların tezliklə bərpası-yenidən qurulması işlərinin təşkililə bağlı məsələləri müzakirə etdik. Marutyan Yerevan meriyasının iştiraka hazır olduğunu bəyan edib və tezliklə Stepanakertə kommunal xidmətlər sahəsində ixtisaslaşmış qruplar ezam olunacaq”, - Marutyan bildirib.
O həmçinin bildirib ki, noyabrın 13-dən Yerevan meriyasından mütəmadi əsaslarla Yerevandan Xankəndiyə pulsuz avtobuslar yola düşəcək. Onlar müharibə səbəbindən Yerevana və ya Ermənistan vilayətlərinə köçmək məcburiyyətində olan vətəndaşları Qarabağa daşıyacaq. Xankənddən Xankəndə pulsuz Avtobuslar işləyəcək, Arik Arutyunyan Facebook səhifəsində yazıb.
Noyabrın 12-də Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan Qarabağda erməni mədəni irsinə təhlükə lə bağlı Rusiya və Fransa XİN rəhbərlərinə, həmçinin ABŞ dövlət katibinin müavininə yşikayət edib.
“Mnatsakanyan qeyd edib ki, atəşkəs rejiminin müəyyən edilməsi və sülhməramlıların yerləşdirilməsi ilə bağlı 10 noyabr bəyanatı Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli sayıla bilməz”, - Ermənistan XİN-in məlumatında bildirilir.
Mnatsakanyan qeyd edib ki, “müharibənin planlaşdırılmasında, təhrik edilməsində və aparılmasında Türkiyənin əsas rolunu qeyd edib və Qarabağda sülhyaratma əməliyyatlarında Türkiyənin istənilən rolunu istisna edib”,- məlumatda deyilir.-02D-
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz