министр обороны Армении Давид Тоноян
Ermənistan hücuma hazırlaşır?
Bakı/26.02.19/Turan: Ermənistan müdafiə strategiyasından hücuma keçərək ordu quruluşu fəlsəfəsini dəyişir. Bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan yerli İctimai TV-nin efirində deyib.
Onun sözlərinə görə, erməni ordusu yeni silahların sayəsində müdafiə strategiyasını dəyişir. Bu, əsasən Su-30CM və 100 mln. dollar həcmində yeni hərbi kreditin hesabına baş verir.
Bunun bahalı sövdələşmə olması ilə bağlı tənqidlərə cavab olaraq Tonoyan deyib ki, Su-30CM-in köməyilə yüz kilometr məsafədə düşmənin mövqelərinə hücum etmək və yüzlərlə əsgərin həyatını qorumaq olar.
Onun sözlərinə görə, Ermənistan say, demoqrafik və iqtisadi planda Azərbaycanla rəqabət apara bilməz. Odur ki, düşməni neytrallaşdırmağa imkan verəcək silahlar alacaq.
Bundan əlavə, Ermənistan hücum strategiyasına keçir.
"Zaman və şərtlər dəyişir, ordu hazırkı dövrün çağırışlarına uyğun olmalı və onları aradan qaldırmalıdır. Odur ki, biz bu addımı atmalıyıq, çünki, necə deyərlər, müdafiə olunan ordo hər zaman sonda məğlub olur", - o vurğulayıb.
Aparıcının "Ermənistanın hücum etmək niyyəti varmı?" sualının cavabında Tonoyan deyib: "Niyə də yox?"
Ermənistan Rusiyanın 100 mln. dollar məbləğində yeni kreditinə elə silahlar alacaq ki, bu, silah yarışmasına qoşulmadan problemi uğurla həll etməyə imkan verəcək. Nazirin sözlərinə görə, silah növləri gizli saxlanılır. 02D-
-
- Cəmiyyət
- 26 Fevral 2019 15:54
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 310
Rəy yaz