Ermənistan mətbuatında Azərbaycanla sülh müqaviləsi bağlanması ehtimalı haqqında məlumatlar
Bakı/25.01.19/Turan: Yerevanın "Joxovurd" qəzeti Rusiyalı politoloq, "Reqnum" agentliyinin baş redaktoru Modest Kolerovla söhbət dərc edib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan martda Qarabağla bağlı saziş imzalaya bilər. Kolerov hesab edir ki, bu sənəd çoxdan mövcuddur, amma onun yekun imzalanması martda baş tutacaq. Bu zaman o, bu sənədin nədən ibarət olduğunu və bu məlumatın mənbəyini açıqlamayıb.
Xatırladaq ki, bir müddət əvvəl başqa bir Rusiya politoloqu - Stanislav Tarasov sülh sazişinin imzalanması gözlənildiyini bildirmişdi.
Öz növbəsində, de-fakto Qarabağ hakimiyyətinin nümayəndəsi David Babayan bildirib ki, belə bir sazişin mövcud olduğuna inanmır. Eyni zamanda, Babayan çox diplomatik danışıb və iddia edib ki, Azərbaycan cinayətkar və təcavüzkar dövlətdir, onunla danışacaq heç nə yoxdur. Bu dəfə o deyib ki, təklif edilən güzəştlərin əsasını nəyin təşkil etdiyini aydınlaşdırmaq lazımdır.
Bu mərhələdə əsas məsələ regionda sülhün və sabitliyin qorunub saxlanması və Qarabağın danışıqlarda iştirakıdır. -02D-
-
- Cəmiyyət
- 25 Yanvar 2019 17:23
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz