Nikol Paşinyan Əliyevlə danışıqlarının bütün təfsilatını açıqlaya bilməyəcəyini deyib
Moskva/25.01.19/Turan: Moskvada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxış edərkən Davosda İlham Əliyevlə görüşünə toxunub.
Davosda Qarabağın danışıqlara cəlb edilməsi məsələsinin müzakirə edilib-edilmədiyi barədə suala cavabda Paşinyan deyib ki, Ermənistanı təmsil edir və onu seçməyən Qarabağ sakinlərinin adından danışa bilməz.
"Onların öz hökuməti, öz parlamenti var. Buna görə mən Arsaxın adından danışıqlar apara bilmərəm, mən Ermənistanın adından danışıqlar apara bilərəm", deyə Paşinyan bildirib.
O, həmçinin əlavə edib ki, onun Əliyevlə görüşünün təfsilatı hamını maraqlandırır, amma o, müzakirələrin bütün təfsilatını açıqlaya bilməz, çünki bu, etik deyil.
"Bununla belə, hamı nədən danışdığımızı bilir. Danışıqlar açıq bəyanatlarıma uyğun olan çərçivələr daxilində aparılıb", deyə baş nazir bildirib. -02D-
-
- Cəmiyyət
- 25 Yanvar 2019 17:05
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz