Илькин Рустамзаде
Həbsxanada aclıq birliyin və repressiyalara qarşı müqavimətin nümayişi idi
Bakı/25.01.19/Turan: Həbsxanalarda bir qruo fəalın keçirdiyi aclıq aksiyasının məqsədi hakimiyyətin siyasi məhbuslara qarşı repressiyalarına müqavimətin nümayişi idi. Bu barədə siyasi məhbus, gənc fəal İlkin Rüstəmzadənin Turan-a ötürülmüş bəyanatında deyilir.
"Biz konkret olaraq bloger Mehman Hüseynovun, özümüzün və ya konkret olaraq kiminsə azadlığı üçün aclıq aksiyası keçirməmişdik. Məqsədimiz birlik göstərmək və hakimiyyətin siyasi məhbuslara qarşı repressiyyalarına müqavimət göstərmək idi", deyə Rüstəmzadə yazır.
O, həmçinin siyasi məhbusların azad edilməsi tələbi ilə yeni mitinq keçirilməsi ideyasına münasibət bildirib.
"Şəxsən mən siyasi məhbus olaraq siyasi məhbuslara azadlıq tələbilə təkrar aksiya keçirilməsinin və cəmiyyətdə əlavə gərginlik yaranmasının tərəfdarı deyiləm. Cəmiyyət öz enerjisini daha vacib və gərəkli məqsədlərə sərf etməyə saxlamalıdır", deyə Rüstəmzadə sözünə davam edib.
Xüsusən, cəmiyyətin gücü Rusiya qoşunlarının Azərbaycana yerləşdirilməsi mümkünlüyünə qarşı mübarizə üçün birləşdirilməlidir, o, belə hesab edir.
Xatırladaq ki, yanvarın 13-də 13 saylı cəzaçəkmə müəssisəsində İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı Mehman Hüseynovla həmrəylik əlaməti olaraq aclıq aksiyasına başlayıblar.
Digər cəzaçəkmə müəssisələrindəki siyasi məhbuslar - Qiyas İbrahimov, Fuad Əhmədli və Orxan Baxışlı da onlara qoşulub.
Yanvarın 23-də hakimiyyət Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verdikdən sonra aclıq aksiyası dayandırılıb. -06D-
-
- Analitika
- 25 Yanvar 2019 16:46
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz