Вазген Манукян.
Ermənistan müxalifəti Rusiyadan üz çevirir?
Bakı/27.01.21/Turan: "Bizi Rusiya ilə birləşdirən ən böyük bənd Arsax məsələsi idi. Arsax yoxdur, Rusiya yoxdur və Qafqaz tamamilə Türkiyənin sahibliyinə keçir". Bu, Ermənistan müxalifətinin lideri Vazgen Manukyanın yanvarın 26-da Ararat vilayətinin sakinləri qarşısındakı çıxışından sitatdır.
"Azərbaycan və Türkiyə ilə gizli danışıqlar aparılır. Nikol yalan danışır ki, deyir ki, müharibəni məhz o dayandırıb, onu buna Rusiya məcbur edib. Çünki əgər biz Arsaxlı tamamilə itirsəydik, RF-nin burada heç bir işi olmazdı. Moskva burada sülhməramlı qoşunları yerləşdirə bilməzdi və Cənubi Qafqazı itirərdi", - deyə o bildirib.
O, yolların açılması mövzusuna da toxunub. "Deyirlər ki, yolları açaq və ondan istifadə edəcəyik. Yalan danışırlar, bu yollardan ancaq Türkiyə və Azərbaycan istifadə edəcəklər
Dünən Gürcüstanda azərbaycanlılar erməni yük maşınlarına hücum ediblər. Əgər Gürcüstan ərazisində biz azərbaycanlılardan xilas ola bilmiriksə, Azərbaycan ərazisindən yükləri, yaxud insanları necə daşıyacağıq? Məqsəd birdir-Naxcıvana yol açmaq", - Manukyan bildirib.
Qeyd edək ki, əvvəlcə Manukyanın çıxışının bu hissəsi Ermənistan KİV-də ya dərc edilməyib, ya da yalnız erməni dilində verilib.
Artıq yanvarın 27-də Manukyanın sözlərinin erməni versiyası da erməni saytlarından yoxa çıxıb.-02D-
-
- Cəmiyyət
- 27 Yanvar 2021 10:41
-
- İqtisadiyyat
- 27 Yanvar 2021 11:31
Siyasət
-
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun yanvarın 16-da Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2024-cü il 1 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərməsinin de-yure mümkün olmaması ilə bağlı bəyanatı barədə Amerikanın Səsinin sorğusuna cavab verib.
-
Azərbaycandakı diplomatik missiyanı başa vuran ABŞ səfiri Mark Libbi yekun çıxış edib. Səfirliyin Facebook səhifəsində dərc olunan çıxışda deyilir:
-
Yanvarın 18-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
-
Mark Libbi ABŞ-ın Azərbaycandakı səfiri kimi diplomatik missiyasını başa vurdu. Bu barədə səfirliyin X sosial hesabında dərc edilmiş məlumatda deyilir.
Rəy yaz