
Müdafiə Nazirliyi Naxçıvan istiqamətində Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirir
Müdafiə Nazirliyi Naxçıvan istiqamətində Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirir
Ötən gün Azərbaycan Müdafiə Nazirliyi iki dəfə Naxçıvan MR istiqamətində Azərbaycan ərazilərinin atəşə tutulduğu haqqında məlumat yayıb.
Belə ki, avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Hər iki halda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb, deyə Azərbaycan MN bildirir.
Öz növbəsində, Ermənistanın Müdafiə Nazirliyi Naxçıvan ərazisinə atəş açıldığı haqqında məlumatları təkzib edib.
Rəy yaz