Ermənistanda keçmiş baş nazirin qardaşı həbs edilib
Yerevan/09.08.18/Turan: Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin keçmiş baş naziri Ovik Abramyanın qardaşı qanunsuz silah saxlamaq ittihamı ilə həbs edib.
Avqustun 6-da və 7-də Abramyana məxsus mexaniki-təmir zavodunda aparılmış axtarışlar zamanı bütöv bir arsenal: 3 əl pulemyotu, 7 avtomat, 2 snayper tüfəngi, 3 tüfəng, 2 tapança və çox sayda güllə aşkar edilib və keçmiş baş nazirin qardaşı Genrix Abramyan həbs edilib.
Ermənistan KİV-lərinin məlumatına görə, istintaq bu arsenalın Yerevanda etirazçıların dağıdılması zamanı 10 nəfərin öldürüldüyü 1 mart 2008 hadisələrində istifadə edilib-edilmədiyini yoxlayır.
Ovik Abramyan 2008-ci ildə Serj Sarkisyanın seçkiqabağı qərargahının rəisi olub. Onun adı oliqarxların silahlı mühafizəsinin formalaşdırılması və ondan nümayişçilərə qarşı istifadə edilməsi haqında məlumatlarda çəkilirdi.
Lragir nəşrinin məlumatına görə, Koçaryanın və Serj Sarkisyanın hakimiyyəti dövründə Ovik Abramyan "varis" olmaq iddiasında olan kriminal oliqarx sisteminin əsas fiqurlarından biri olub. -02D-
-
- Cəmiyyət
- 9 Avqust 2018 11:27
-
- İqtisadiyyat
- 9 Avqust 2018 12:34
Siyasət
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
-
ABŞ Dövlət katibi Marko Rubio cümə günü əksər mövcud xarici yardım qrantlarının 90 gün müddətinə dayandırılmasını əmr edən göstəriş imzalayıb. Bu qərar Dövlət Departamenti rəsmilərini şoka salıb və Politico-nun məlumatına görə, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini hədəfə alıb.
-
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.
Rəy yaz