Ermənistanda Paşinyanın çağırışı ilə fəallar məhkəmələri mühasirəyə almağa başlayıblar
Bakı/20.05.19/Turan: Ermənistan baş naziri Nikol Paşinyanın çağırışından sonra fəallar səhər saatlarından etibarən məhkəmə binalarını mühasirəyə almağa başlayıblar.
Xüsusən, şənbə günü verdiyi qərarla eks-prezident Robert Koçaryanı həbsdən azad edən Yerevan məhkəməsinin binasına giriş bloklanıb. Baş nazir Nikol Paşinyan da toplaşanların yanına gəlib, onları salamlayıb.
Eyni zamanda, Yerevanda digər məhkəmə binalarının, o cümlədən Konstitusiya Məhkəməsinin girişi bloklanıb.
Yerli KİV-lərin məlumatına görə, bir sıra hallarda fəallar pəncərələri sındırıblar və hakimləri qovublar.
"Mənə, hökumətimizə, xalq hakimiyyətinə marionet məhkəmə lazım deyil", deyə Paşinyan Facebook-dakı səhifəsində canlı yayında bildirib.
Müxalifət Paşinyanın çağırışını tənqidə məruz qoyub, konstitusiyaya zidd çağırış adlandırıb. Ermənistanın keçmiş hakim partiyası - Respublika partiyası "məhkəmə sisteminə misli görünməmiş təzyiqi" pisləyib.
Baş nazir Nikol Paşinyan öz müraciətində məhkəmə islahatına çağırıb. Onun sözlərinə görə, ölkədə hakimiyyətin cəmi iki legitim qolu var - icra hakimiyyəti və qanunverici hakimiyyət, üçüncü - məhkəmə hakimiyyəti isə keçmiş korrupsioner sistemin təsiri altında qalmaqdadır. "Operativ müdaxilənin vaxtı çatıb", deyə baş nazir bildirib.
Paşinyan xüsusilə qeyd edib ki, bütün hakimlərin siyasi əlaqələri, əmlakı və s. yoxlanılmalıdır. Hökmləri Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qanunsuz hesab olunan bütün hakimlər və qərəzsiz fəaliyyət göstərə bilməyənlər istefa verməlidir.
Paşinyan həmçinin keçid dövrü üçün ədalətli mühakimənin tətbiqinin həyati əhəmiyyət kəsb etdiyini bildirib. Bu, bir və ya iki ay ərzində həyata keçirilməlidir. Bunun üçün konstitusiyanı dəyişdirmək lazımdırsa, bu, edilməlidir. -0-
-
- Analitika
- 20 May 2019 13:05
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz