Frankfurtda Avropa müşavatçılarının Koordinasiya Mərkəzi yaradılıb.
Müsavat Partiyasının Avropada yaşayan üzvləri Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi, Müsavat Partiyası yaranmasının 105 illik yubileyi ərəfəsində bu günlərdə Almaniyanın Frankfurt şəhərində tədbir keçirib.
Avropa müsavatçılarının Avropa Koordinasiya Mərkəzi təsis olunub.
Təsis konfrnasında Müsavat Partiyasının rəhbərliyi, başqan Arif Hacılı, başqan müavinləri Gülağa Aslanlı və Yadigar Sadıqov, Məclis üzvü Nazim Azadoğlu qonaq qismində iştirak ediblər.
Tədbir internet vasitəsilə canlı yayılıb. Müsavat Partiyasının başqanı A.Hacılı tədbirdə Azərbaycandakı ictimai-siyasi vəziyyət haqqında çıxış edib. Bu tədbiri mühacir müsavatçıların təşkilatlanması baxımından mühüm bir hadisə kimi qiymətləndirib.
-
- Siyasət
- 24 Oktyabr 2016 17:06
-
- İqtisadiyyat
- 24 Oktyabr 2016 17:27
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz