Keçmiş sovet kəşfiyyatı şefi: H.Əliyev ərazi güzəştlərinə hazır idi
ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, hazırda isə Rusiya Xarici Kəşfiyyat idarəsinin sədri olan Vyaçeslav Trubnikov Baltnews agentliyinə müsahibəsində maraqlı etiraf edib.
Qarabağ nizamlanması prosesinə toxunan Trubnikov etiraf edib ki, Heydər Əliyev Ermənistana ərazi güzəştləri etməyə razı idi.
“Mərhum Heydər Əliyev və Robert Koçaryan, üstəgəl Dağlıq Qarabağ rəhbərliyi bizi çox düzgün başa düşürdülər. 2000-ci ilin aprelində biz Florida ştatında Ki-Uestdə görüşdük. Biz düstur tapdıq: Beynəlxalq Valyuta Fondunun pulu ilə Azərbaycandan cənuba və Ermənistandan Stepanakertə dəhlizi təmin etmək olardı. Amma Heydər Əliyeviç... O, əvvəlcə heç kimə demirdi, yaxın həmkarlarına danışdıqda isə onlar “Necə yəni, ərazilərimizin hissələrini verəcəyik?” deyə şaha qalxdılar”, deyən sədr təfsilatı açıqlamayıb.
Xatırladaq ki, həmin vaxt Bakı gözlənilmədən həmsədrlərin Azərbaycan və Dağlıq Qarabağ üçün təklif etdiyi “ümumi dövlət” formulunu dəstəkləmişdi. Bundan dərhal sonra xarici siyasət üzrə dövlət müşaviri Vəfa Quluzadə, bir müddət sonra isə XİN rəhbəri Tofiq Zülfüqarov və prezidentin köməkçisi Eldar Namazov vəzifələrindən istefa etdiklərini bildirmişdilər.
İstefaların səbəbini heç kim rəsmi olaraq açıqlamırdı, amma onlar şəxsi söhbətlərdə Əliyevin Naxçıvana dəhliz müqabilində Qarabağa müstəqillik verməyə hazır olduğunu etiraf edirdilər.
Bu, Amerikanın nizamlama planı idi, Ermənistan parlamentində 8 deputatın, parlamentin spikerinin və baş nazirin güllələndiyi terror aktından sonra pozulmuşdu. -02D-
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz