
Jean-Baptiste Lemoyne
Bakı/25.01.21/Turan: Fransa XİN dövlət katibi Jan Batist Lemuan yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Bu barədə Turan agentliyinə diplomatik mənbələrdən məlum olub.
Səfərin proqramı açıqlanmır. Lakin, görünür, yüksək səviyyədə görüşlər olacaq.
İkinci Qarabağ Müharibəsi dövründə Fransa rəhbərliyinin ermənipərəst mövqeyi səbəbindən Bakının rəsmi Paris ilə münasibətləri ciddi şəkildə pisləşib.
Lemuanın qarşıdakı səfəri bu müddətdə fransalı rəsmi şəxsin ilk səfəri olacaq.-02B-
Rəy yaz