Açiq mənbələrdən foto.
Şəhid ailələrinin mənzillə təmin olunması haqda sərəncam
Bakı/25.01.21/Turan: Bazar ertəsi dövlət başçısı əlillərin və şəhid ailələrinin sosial və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, aşağıdakı şəxslərin 2021-2025-ci illər ərzində mənzillə və ya fərdi evlərlə mərhələli təminat planını həyata keçirsin.
2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər.
Yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, həmin şəxslər barədə məlumatları Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında həmin məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər.
İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında tələb olunan vəsaitin dövlət büdcəsinə daxil edilməsini təmin etsin. -02D-
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz