Əfqan Sadıqov. Açiq mənbələrdən foto.
Əfqan Sadıqovla bağlı vəziyyət aydın deyil
Bakı/25.01.21/Turan: “Azel TV” saytının rəhbəri, 82-ci gündür ki, aclıq edən Əfqan Sadıqov komaya düşüb. Bunu onun xanımı Sevinc Sadıqova bildirib.
"Yanvarın 21-də ikinci yarısından Əfqan komadadır. O, yuxuya gedib və oyanmayıb. Həbsxana xəstəxanasında onunla eyni palatada olan məhbus həkimləri çağırıb. Əfqanı aparata qoşublar. Mənə dedilər ki, bundan sonra o oyanıb, amma mən buna inanmıram", - S.Sadıqova Turan agentliyinə bildirib.
Onun həyat yoldaşı ilə telefonla danışmaqla bağlı xahişindən Ədliyyə Nazirliyinin tibb müəssisəsində imtina ediblər.
"Qrafik var, Əfqan həmin qrafik üzrə evə zəng edə bilər. Həkim dedi ki, əgər zəng etməsə, deməli, səhhəti imkan vermir. Əgər o, komada deyilsə, qoy, icazə versinlər ki, huşu özündə olduğunu telefonla söyləsin", - S.Sadıqova davam edib.
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov "Amerikanın səsi"nin Azərbaycan xidmətinə bildirib ki, hazırda müalicə müəssisəsində komaya düşmüş pasiyent yoxdur.
O, araşdıracağını və jurnalistin vəziyyəti barədə məlumat verəcəyini vəd edib, lakin sonradan onunla əlaqə yaratmaq mümkün olmayıb.
Bu gün Ədliyyə Nazirliyinin müalicə müəssisəsində Əfqan Sadıqova ombudsmanın nümayəndələri baş çəkiblər. Bu qurumun əməkdaşı Vüqar Heydərov bildirib ki, Ə.Sadıqovun huşu yerindədir.
“Ombudsmanın tapşırığı ilə biz hər gün onun vəziyyətini yoxlayırıq. Bu gün biz onunla söhbət etdik. O, sərbəst danışır, amma müstəqil hərəkət edə bilmir. Çox arıqlayıb və öz işinə yenidən ədalətli baxılmasını tələb edir", - V.Heydərov qeyd edib və təsdiqləyib ki, Ə.Sadıqov aclığı davam etdirir.
Telefon əlasiqənin mümkünsüzlüyü barədə Ə.Sadıqovun xanımının sözlərinə toxunan V.Heydərov bildirib ki, onun məlumatına görə, telefon danışıqlarına məhdudiyyət yoxdur.
"Biz bunu araşdıracağıq, amma Əfqan Sadıqov özü ailəsi ilə görüşlərin və telefon danışıqlarının məhdudlaşdırılmasından şikayət etməyib", - "Biz bunu araşdıracağıq, amma əfqan Sadıqov ailəsi ilə görüşlərin və telefon danışıqlarının məhdudlaşdırılmasından şikayət etməyib", -V.Heydərov qeyd edib.
*”Azel.TV” saytının rəhbəri Əfqan Sadıqov bu ilin mayında hədə yolu ilə tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də məhkəmə onu yeddi il müddətinə azadlıqdan məhrum edib. O, hökmü ədalətsiz hesab edib və etiraz əlaməti olaraq noyabrın 4-dən aclıq elan edib.
Yerli hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar. —03B-
Cəmiyyət
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 153
-
- Bazarların icmalı,
- 14:22
- 175
Rəy yaz