�Gender bərabərliyi və media� mövzusunda konfrans keçiriləcək
Bakı/10.05.19/Turan: Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində Avropa Şurası tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlığı ilə 13 may 2019-cu il tarixində saat 09:30-da "Hilton" mehmanxanasının "Sevda ballroom" zalında "Gender bərabərliyi və media" mövzusunda konfrans təşkil olunacaq.
Konfrans Avropa Şurasının 70 illiyinə və Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunur. Konfransın keçrilməsində əsas məqsəd gender bərabərliyi və media sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığı artırmaq, Azərbaycan mediasında gender bərabərliyi mövzusuna tarixi və müasir kontekstdə nəzər salmaq və bu mövzuda açıq müzakirələrə şərait yaratmaqdır. Konfransda 80-dən çox dövlət qurumlarının, ali təhsil müəssisələrinin, diplomatik korpusun, media və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də xarici və yerli ekspertlər iştirak edəcək.
Konfransın açılış sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, Səfir Zoltan Hernyes, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, millət vəkili, AŞPA-nın Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi Komitəsinin üzvü Sahibə Qafarova, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun çıxışı nəzərdə tutulur.
Konfrans çərçivəsində "Avropa Şurası, gender bərabərliyi və media azadlığı", "Azərbaycan Demokratik Respublikası (ADR), qadın hüquqları və media", "Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və problemlər" mövzuları üzrə 3 sessiya ətrafında müzakirələr keçiriləcəkdir. Bu barədə AB-nin Azərbaycandakı təmsilçiliyi xəbər verir.--0--
-
- Cəmiyyət
- 10 May 2019 15:02
Siyasət
-
Demokratik Qüvvələrin Milli Şurası tərəfindən tərtib edildiyi iddia edilən saxta sənəd ətrafında qalmaqal 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində siyasi müdaxilə və manevrlərlə bağlı suallar doğurub.
-
Fransa Xarici İşlər Naziri Jan-Noel Barro şənbə günü Azərbaycanı Yeni Kaledoniya və digər Fransız dənizaşırı ərazilərində vəziyyəti qeyri-sabitləşdirməyə cəhd etməkdə ittiham edib. Sosial media platforması X-də etdiyi açıqlamada Barro bildirib: "Bakı qrupu bir daha Yeni Kaledoniyada milli siyasi həyatımızı qeyri-sabitləşdirməyə çalışıb. Azərbaycanın dənizaşırı ərazilərimizdəki bu mənasız cəhdləri qəbuledilməzdir və dərhal dayandırılmalıdır."
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
Rəy yaz