Qəbiristanlıqlarda dəfn üçün yerlər pulsuz olacaq
Bakı/10.05.19/Turan: Nazirlər Kabineti qəbiristanlıqların salınması qaydalarını tənzimləyən normativ aktı təsdiqləyib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün jurnalistlərə bildirib.
Sənədə görə, qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi nəzərdə tutulur. Mühüm yenilik dəfn üçün yerlərin pulsuz ayrılması olacaq. Bu sahədə fəaliyyətin tənzimlənməsi nəzərdə tutulur.
Əsasən məzarlar və məzarüstü abidələrin ölçüsü arasında konkret məsafə müəyyən ediləcək. Nazirlər Kabinetinin qərarının icrasına qəbiristanlıqların bələdiyyələrə verilməsi prosesi bitdikdən sonra başlanılacaq.-06D--
-
- İqtisadiyyat Göstəriciləri
- 10 May 2019 14:50
-
- Siyasət
- 10 May 2019 15:11
Cəmiyyət
-
Cinayət tərkibinin əlamətləri olmayan məişət zorakılığı barədə şikayətə baxılması qaydası müəyyənləşdirilib. Prezident İlham Əliyev bununla bağlı "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
-
Bu gün, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası başlayır. Ötən həftə (yanvarın 21-də) bir qrup beynəlxalq insan haqları qurumları AŞPA-nı Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməməyə, yaxud bunu "aydın" şərtlərlə etməyə çağırıb. "Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil media və siyasi narazıların artan repressiyası Avropa Şurasının dəyərlərini pozmaqdadır. Azərbaycan beynəlxalq mexanizmlərlə israrla əməkdaşlıq etmir, sistematik insan haqları pozuntularını aradan qaldırmır", - AŞPA-ya məktubda deyilir.
-
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək. Bu barədə yanvarın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 265
-
- Cəmiyyət,
- 14:38
- 321
-
- Söz istəyirəm,
- 12:21
- 352
Rəy yaz