Açiq mənbələrdən foto.
Gürcü yepiskop Marneulidə Nəriman Nərimanovun abidəsinin sökülməsini tələb edir
Bakı/28.05.20/Turan: Mayın 24-də Marneuli və Hucabi (Çamdeliani) yepiskopu Georgi bazar günü ibadəti zamanı Gürcüstanın əsasən azrbaycanlı əhalinin yaşadığı Marneuli şəhərində Nəriman Nərimanovun abidəsinin təmiri məsələsinə toxunub.
“Biz abidənin sökülməsini istəmirik, çünki Azərbaycana aiddir. Fili Maxaradze, Orconikidze də belə satqınlardan olub, biz onların abidələrini sökdük, onlar sovet repressiya maşınının bir hissəsi idilər, çox adamları güllələmişdilər, repressiyalar etmişdilər. Nəriman Nərimanov da bizim ərazi bütövlüyümüzün pozulmasına böyük töhfə vermiş şəxsdir”, - yepiskop Georgi bildirib.
Qeyd edək ki, abidənin bərpası Marneuli meri Zaur Dargalının təşəbbüsü ilə həyata keçirilib. Onun qərarı birmənalı qarşılanmayıb. Nəriman Nərimanov sovet dövrünün görkəmli azərbaycanlı xadimi, bolşevik və inqilabçı olub. Abidənin dövlət vəsaiti hesabına reabilitasiyası gürcü keşişi qəzəbləndirib.
“Şəhər meri bunu necə özünə rəva görə bilər? Mən tam qətiyyətlə deyirəm, biz adekvat müddət veririk ki, onlar bu sovet simvolunun, bu sovet şəxsiyyətinin abidəsinin qanuna uyğun olaraq sökülməsinə başlasınlar! Mer öz səhvini etiraf etməli və üzr istəməlidir!”- gürcü yepiskop vurğulayıb, “Marneulifm” bildirir.
Nəriman Nərimanov Azərbaycanın ictimai və siyasi xadimi, xalq xarici işlər komissarı (1920-1921) və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1920-1922) olub. SSRİ MSK-nın ilk rəhbəri olub. 1925-ci ildə vəfat edib.-02D-
-
- Mədəniyyət
- 28 May 2020 14:00
-
- Cəmiyyət
- 28 May 2020 15:15
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz