Açiq mənbələrdən foto.
28 may Respublika Gününə iki monoqrafiya
Bakı/28.05.20/Turan: 28 may Respublika Günü münasibətilə Bakıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi texnologiyası” kafedrasının müdiri, tarix elmləri doktoru Sevinc Əliyevanın rus dilində “Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqaz dövlətləri” (Bakı, “AVROPA” - 2020, 412 s.) və Azərbaycan dilində “Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqaz dövlətləri müstəqillik illərində (1918-1920)” (Bakı, “AVROPA” - 2020, 322 s.) adlı iki yeni monoqrafiyası nəşr edilib.
Sevinc Əliyeva türk xalqlarının, Şimali Qafqazda azərbaycanlıların və Azərbaycanda tatarların tarixi, Azərbaycan və Şimali Qafqaz xalqlarının qarşılıqlı münasibətləri, Azərbaycan Xalq Cümhuriyyəti ilə Şimali Qafqaz dövlətlərinin əməkdaşlığının tarixi haqda monoqrafiyaların müəllifidir.
Müəllif yeni monoqrafiyada ilk dəfə olaraq AXC-nin müsəlman dövlət quruluşları - Dağ Respublikası, Şimali Qafqaz əmirliyi, N.Qotsinski imaməti, eləcə də kazak və kazak-dağ dövlət quruluşları - kazak qoşunlarının Cənub-Şərq İttifaqı, Qafqaz dağçıları və sərbəst çöl xalqları, Kuban Xalq Respublikası və Terek-Dağıstan hökuməti və s. ilə qarşılıqlı münasibətlərini göstərib.
Müəllif qeyd edir: “Azərbaycan Xalq Cümhuriyyəti ilə Şimali Qafqaz dövlətlərinin qarşılıqlı münasibətlərinin tədqiqatçısı kimi bu mövzu ilə məşğul olmaq mənim üçün həmişə maraqlı olub. Uzun illər Azərbaycan-Şimali Qafqaz tarixi əlaqələrini öyrənmişəm. Məhz Qafqaz müharibəsi dövründə (1817-1859/1864) və 1918-1920-ci illərdə azadlıq və müstəqillik uğrunda xalq-azadlıq mübarizəsinin başladığı dövrdə Azərbaycan və Şimali Qafqaz xalqları bir-birinə daha çox can atmış, hadisələr bir-birinə qarışmış, hər iki regionda əks-səda doğurmuş, birləşmə, həmrəylik, birlik ideyaları meydana gəlmişdi. Bu dövrlərdə xalqlarımız möhkəmlik, sağ qalmaq, müstəqillik imtahanından keçmişlər.
Qafqaz xalqlarının ən parlaq nümayəndələri - millətin rəngi milli ictimai-siyasi hərəkatlara rəhbərlik edib və öz adlarını tarixə yazıb və öz xalqlarını şöhrətləndiriblər.
Onların siyasi baxışlarını və fəaliyyətini müxtəlif mövqelərdən qiymətləndirmək olar. Bunu etmək çox asandır. Xüsusilə kənardan. Bizim üçün başqa məsələ vacibdir. Bu, dar millətçilik ideyası və ya siyasi ambisiyalar deyil. Qafqaz xalqlarının birləşməsi ideyası bizim üçün maraq kəsb edir. Milli liderlər dar milli maraqlara qapılmağa başlamadılar, onlar elə ilk günlərdən birliyə, bərabərliyə can atdılar, dili, dini, təsərrüfatın idarə edilməsi yolu fərqli olan müxtəlif xalqları öz arxalarınca bu məqsədə doğru apardılar. Və onların günahı deyil ki, yeni quruluş formasının möhkəmlənməsinə və qurulmasına vaxt çatmadı, hərbi-siyasi hadisələrin burulğanına düşərək cəbhəni bütün istiqamətlər üzrə saxlamaq məcburiyyətində qaldılar. Hesab edirəm ki, qısa müddətdə olsa da Qafqazın layiqlı oğulları ola bildilər, onlar həqiqətən çox şey edə bildilər. Öz xalqlarını layiqincə təmsil etdilər. Bütün sınaqlardan şərəflə çıxdılar. Sağ qalanlar öz fəaliyyətini mühacirətdə davam etdirdilər. Öz sözünün üstündə dayandılar. İdeallar uğrunda mübarizə apardılar. Ruhumuz, ağılımız və yaddaşımızda iz buraxdılar”.
Sevinc Əliyevanın yeni kitablarının təqdimatı mayın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi texnologiyası” kafedrasının təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik tanınmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması: tarixin dərsləri” adlı beynəlxalq videokonfrans zamanı baş tutub. Respublika Gününə həsr olunmuş konfransda Azərbaycan və Türkiyə alimləri iştirak edəcəklər.-0-
Mədəniyyət
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
Rəy yaz