Açiq mənbələrdən foto.
Milli Şuranın və Müsavat Partiyasının üzvləri Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət ediblər
Bakı/28.05.20/Turan: Mayın 28-də Demokratik Qüvvələrin Milli Şurasının üzvləri Novxanı qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) banisi Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət ediblər.
Polis abidənin önünə Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli də daxil olmaqla, yalnız kiçik bir qrupu buraxıb.
“Azadlıq” qəzetinin əməkdaşları Facebook vasitəsilə aksiyadan birbaşa reportaj aparıblar.
Ə.Kərimli xalqa müraciətində deyib ki, ilk respublikanın qurucuları çox ağır və çətin şəraitdə fəaliyyət göstəriblər və müstəqil dövləti qura biliblər.
“Biz ilk respublikanın dəyərlərinin geri qaytarılması və zəfər qazanması üçün əlimizdən gələni edəcəyik”, - o bildirib.
Bu gün Müsavat Partiyasının fəalları abidəni ziyarət ediblər. Polis abidəyə bir neçə nəfəri buraxıb və bunu karantin tədbirləri ilə izah edib.
Müsavat Partiyasının lideri Arif Hacılı Respublika Gününün böyük əhəmiyyət daşıdığını qeyd edərək hakimiyyəti qısqanclıqda ittiham edib. Məhz buna görə də ölkədə faktiki olaraq belə bir mühüm gün qeyd edilmir, o deyib.
Hər iki ziyarət insidentsiz ötüşüb.-02B-
-
- İqtisadiyyat
- 28 May 2020 13:21
-
- Mədəniyyət
- 28 May 2020 14:00
Siyasət
-
Azərbaycan islahatların həyata keçirilməsi zamanı Avropa Şurasının dəstəyindən faydalanıb və Strasburq bunu etmək üçün Azərbaycanı təşviq etməyə davam etmək. Bu barədə yanvarın 29-da Lüksemburqun baş naziri Lyük Friden Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxış edərkən bildirib.
-
2024-cü ilin noyabrına olan rəsmi məlumata əsasən, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi (ICE) tərəfindən yekun deportasiya əmri alan 1,4 milyon ABŞ vətəndaşı olmayan şəxsin arasında 700-dən çox Azərbaycan vətəndaşı var.
-
Gürcü Arzusu Avropa Şurası Parlament Assambleyasında işini dayandırır. Bu barədə Gürcüstan nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bildirib.
-
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı məntəqəsində səsvermə bitdiyinə baxmayaraq 1 saatdan çoxdur seçki qutuları açılmadığı, səssayma aparılmadığı bildirilir.
Rəy yaz