Gürcüstanın baş naziri Bakıda və Yerevanda sülh məsələlərini müzakirə edəcək
Gürcüstanın baş naziri Bakıda və Yerevanda sülh məsələlərini müzakirə edəcək
Martın 16-da Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycana səfər edəcək. Bu barədə o, jurnalistlərə deyib. "Bu şənbə Azərbaycana, gələn həftə isə Ermənistana səfər baş tutacaq", deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, Bakıda və Yerevanda keçiriləcək görüşlərdə "mühüm məsələlərə" toxunulacaq, onlar arasında sülhün təmin edilməsi də var.
"Regionda sülhü təmin etmək vacibdir və burada, bilirsiniz ki, ölkəmiz həmişə müsbət rol oynayıb, müvafiq olaraq, ikitərəfli münasibətlərin dərinləşdirilməsi və regionumuzda - Cənubi Qafqazda sülhə və sabitliyə dəstək üçün hər şey ediləcək", deyə o, əlavə edib.
-
- İqtisadiyyat
- 15 Mart 2024 17:07
-
- Siyasət
- 15 Mart 2024 17:40
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz