Премьер-министр Грузии Мамука Бахтадзе
Gürcüstanın baş naziri Əfqan Muxtarlının oğurlanması işi üzrə istintaqın yekunlaşmasını gözləyir
Bakı/11.04.19/Turan: Gürcüstanın baş naziri Mamuka Baxtadze Tbilisidə azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması və Azərbaycan hakimiyyətinə təhvil verilməsi ilə bağlı vəziyyəti şərh edib.
Bu mövzuda sual ona aprelin 10-da Strasburqda AŞPA sessiyasında çıxışı zamanı verilib. Sualı AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak verib. O, hakimiyyətin bu oğurluqda iştirak edən şəxslərin müəyyən edilməsi və cəzalandırılması üçün nə etdiyini soruşub.
"Əfqan Muxtarlının işi çox həssasdır. Biz, əlbəttə ki, Azərbaycanlı həmkarlarımızla əlaqə saxlayırıq və işimizi əlaqələndiririk. İstintaq davam edir və mən istintaq yekunlaşdıqda öz qiymətimi verə biləcəyəm", deyə Baxtadze bildirib.
Ştefan Şennak öz tvitter hesabında yazıb ki, Baxtadzenin cavabı onu qane etməyib. "Gürcüstan hakimiyyəti bu işə görə məsuliyyət daşıyır, onlar bu insan hüquqları pozuntusuna məhəl qoymadıqlarını dərk etmək istəmirlər", deyə Şennak qeyd edib.
Xatırladaq ki, Azərbaycanlı müxalif jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Gürcüstanın mərkəzində polis işçiləri tərəfindən oğurlanıb. Bir gün sonra o, Bakıda sərhədi qanunsuz keçmək və qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib. -02D-
-
- Siyasət
- 11 Aprel 2019 15:09
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz