
Azərbaycan FHN nümayəndələri İrana humanitar yardımı çatdırıblar
Bakı/11.04.19/Turan: Azərbaycanın İranda daşqından əziyyət çəkənlərə göndərdiyi humanitar yardım bu gün FHN tərəfindən Rəşt şəhərinə çatdırılıb.
Humanitar yardım İranın Qızıl Aypara Cəmiyyətinin anbarlarına təhvil verilib.
Azərbaycan rəhbərliyi İrana 1 mln. manat məbləğində humanitar yardım göstərilməsi barədə sərəncam verib.
İranın 25 əyalətində daşqın baş verib. Ən miqyaslı təbii fəlakət ölkənin cənubunda Şiraz şəhərində baş verib. 19 nəfər həlak olub, 119 nəfər xəsarət alıb. 06D--
-
- Siyasət
- 11 Aprel 2019 15:28
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz