премьер-министр Армении Никол Пашинян
Nikol Paşinyan: �İlham Əliyevlə aramızda konstruktiv dialoq var�
Bakı/11.04.19/Turan: Ermənistan hakimiyyəti Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına meyllidir", - Ermənistanım baş naziri Nikol Paşinyam cümə axşamı Strasburqda AŞPA sessiyasındakı çıxışında deyib.
Azərbaycanlı deputat Ülviyyə Ağayevanın "niyə Ermənistan münaqişənin həlli və işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirmir" sualının cavabında Paşinyan deyib ki, nizamlanma üçün iki ölkə ictimaiyyəti arasında dialoqun olması vacibdir.
"Bizimlə Azərbaycan prezidenti arasında konstruktiv və müsbət dialoq yaranıb, bu, çox vacibdir, ancaq yetərli deyil. Təəssüf ki, problemun həllilə bağlı ümumi baxış yoxdur, lakin sülhə hazırlanmaq üçün cəmiyyətlər arasında dialoqa başlamaq vacibdir", - o bildirib.
İstənilən halda nizamlanma Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. "Təəssüf ki, Azərbaycandan eyni şeyi eşitmirik", - Paşinyan deyib.
"Mən Azərbaycan xalqına və ictimaiyyətinə birbaşa müraciət etməyə hazıram və bunu etmək istərdim, ancaq bu, qarşılıqlı olmalıdır ki, təxribat kimi görünməsin", - Paşinyan vurğulayıb və Azərbaycan rəhbərliyinin buna hazır olmadığına işarə edib.
"Ermənistanın işğal olunmuş ərazilərin azad edilməsini tələb edən BMT TŞ qətnamələrinin icrasına məhəl qoymaması" ilə bağlı türkiyəli deputat Aydının sualına cavabda Paşinyan təkrarlayıb ki, məsələnin nizamlanması üçün dialoq lazımdır.
O, Bakını Qarabağ liderləri ilə görüşməyə çağırıb və qeyd edib ki, belə görüşlər vaxtilə olub.
Məsələn, 90-cı illərin ortalarında Heydər Əliyev Moskvada Qarabağın o zamankı lideri Robert Köçəryanla görüşüb. "Niyə indi görüş olmasın?", - o deyib.
İşğal edilmiş ərazilər məsələsinə toxunan baş nazir deyib ki, insanlar özlərinin, dədə-babalarının, əcdadlarının yaşadıqları əraziləri necə işğal edə bilər?-02D-
-
- Siyasət
- 11 Aprel 2019 15:09
-
- İqtisadiyyat
- 11 Aprel 2019 15:40
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 317
-
- Bazarların icmalı,
- 14:22
- 261
Rəy yaz