Gürcüstanın maliyyə naziri tranzit layihələrinin təfsilatını müzakirə edir
Bakı/22.12.17/Turan: Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze cümə günü Bakıya gəlib. O, burada ikitərəfli əməkdaşlığın genişləndirilməsi və tranzit layihələrinin həyata keçirilməsi haqqında danışıqlar aparacaq, xəbəri Gürcüstan KİV-ləri yayıb.
Səhər saatlarında Baxtadze prezident İlham Əliyev tərəfindən qəbul edilib, daha sonra o, Azərbaycan maliyyə naziri Samir Şərifovla danışıqlar aparacaq.
Məhz hansı layihələrdən söhbət gedəcəyi açıqlanmır. Amma göründüyü qədər, bu, ilk növbədə Bakı-Tbilisi-Qars dəmir yolu ilə mal və yük nəqli layihəsidir. -02D-
-
- Siyasət
- 22 Dekabr 2017 12:48
-
- İqtisadiyyat
- 22 Dekabr 2017 13:25
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz