![Siyasi Məhbusların Monitorinq Mərkəzi ilin hüquq müdafiəçisini elan edib](https://turan.az/resized/media/2017/main/122200006418-750-500-resize.webp)
Siyasi Məhbusların Monitorinq Mərkəzi ilin hüquq müdafiəçisini elan edib
Bakı/23.12.17/Turan: Azərbaycanda Siyasi Məhbusların Monitorinq Mərkəzi "2017-ci ilin Hüquq Müdafiəçisi" mükafatını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa təqdim edib.
Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib ki, o, bu mükafata insan hüquqları uğrunda fəal mübarizəyə, xüsusən Nardaran işi üzrə qanunsuz həbs edilənlərin, habelə həbs edilmiş bloger və jurnalistlərin müdafiəsinə görə layiq görülüb.
* Azərbaycanda Siyasi Məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən yaradılıb. -06D-
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz