Açiq məmbələrdən foto.
Hakimiyyət kiçik məmur “ov”unu korrupsiyaya qarşı mübarizə kimi qələmə verməyə çalışır
Bakı/ 04.05.20/Turan: Ölkənin Baş Prokurorluğu qəfildən bölgələrdə kiçik məmurlar tərəfindən qəsbetmə hallarına ağrılı həssaslıq göstərməyə başlayıb və bu bəlaya qarşı mübarizə haqda “seriallar”ın dərcini davam etdirir. Üstəlik, bölgələrdə icra hakimiyyətlərindəki məmurların Heydər Əliyev Fondu tərəfindən ayrılan sosial yardımı mənimsədikləri xüsusi qeyd olunur.
Belə ki, Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, Sabirabad rayonunun Ulacalı və Quruzma kəndlərində icra nümayəndələri imkansız ailələrə göndərilmiş ərzaq yardımını özlərinin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylayıblar.
Ağcabədi rayonunda Pərioğullar və Aran kənd inzibati ərazi dairəsi üzrə, həmçinin Tərtər rayonunda icra nümayəndələr vəzifə saxtakarlığına yol verərək arayışlara bilə-bilə yalan məlumatlar daxil edib ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaradıblar.
Beş məmura qarşı vəzifə saxtakarlığına görə cinayət işi açılıb və işdən azad edilib. Prokurorluq vətəndaşları qanunsuz faktlarla bağlı “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat verməyii xahiş edir.
Qeyd edək ki, prokurorluq milyonlarla vəsaiti oğurlayan yüksək vəzifəli məmurların və hökumət üzvlərinin iştirakı ilə baş verən qalmaqallara göz yummaqda davam edir. Belə ki, keçmiş və indiki nazirlərin korrupsiyası, xaricdə çox milyonluq obyektlər almaları, firma və şirkətlərinin və digər bizneslərinin olması barədə məlumatlar nədənsə hakimiyyətin diqqətindən kənarda qalır.
Belə ki, vətəndaşların Biləsuvar rayon icra başçısı tərəfindən torpaqlarının zəbt olunması ilə bağlı uzunmüddətli şikayətlərini hakimiyyət illərdir görmürdü və eşitmirdi. Ancaq icra başçısı həbs olunan kimi “qəfildən” şikayətlər eşidildi.-02D-
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 187
-
- Bazarların icmalı,
- 14:22
- 194
Rəy yaz