president.az
Bakı BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş sessiyasının keçirilməsini təklif edir
Bakı/04.05.20/Turan: Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq səyləri dəstəkləyir. Bu barədə prezident İlham Əliyev mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında sammitində çıxışı zamanı deyib. Görüş Hərəkatın sədri kimi Azərbaycan rəhbərinin təşəbbüsü ilə keçirilir.
İ.Əliyev Hərəkatın bütün üzv dövlətlərinin COVID-19 ilə bağlı görüşün keçirilməsi təşəbbüsünü yekdilliklə dəstəklədiyini təqdirəlayiq hal adlandırıb. Azərbaycan, Hərəkatın sədri olaraq yaxın üç ildə beynəlxalq arenada üzv ölkələrin maraqlarının qorunması üçün əməli addımlar atacaq və həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq.
İ.Əliyev qeyd edib ki, Bakı COVID-19 ilə mübarizə üzrə beynəlxalq səyləri dəstəkləyir və martda ÜST-ə 5 milyon dollar könüllü maliyyə yardımı ayırıb.
“Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır”, - İ.Əliyev deyib. O, BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməyi təklif edib. 06В-
-
- Siyasət
- 4 May 2020 16:47
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz