Heydər Əliyevin doğum günü qeyd edilir
Bakı/10.05.19/Turan: 2019-cu il avqustun 10-u Azərbaycanın keçmiş prezidenti, mərhum Heydər Əliyevin doğum günüdür.
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur.
Heydər Əliyev sovet dövründə, 1969-82-ci illərdə Azərbaycana Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi rəhbərlik edib. 1982-ci ildən 1987-ci ilə kimi SSRİ Nzirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
O, bir də hakimiyyətə müstəqillik dönəmində qayıdıb, 1993-2003-cü illərdə Azərbaycana prezident kimi rəhbərlik edib.
Amma H.Əliyevin siyasi fəaliyyətinə ölkədə baxış birmənalı deyil. Belə ki, tərəfdarları H.Əliyevi müstəqil Azərbaycanın "xilaskarı, memarı, qurucusu" adlandırırlar.
Müxalif qüvvələr isə hesab edir ki, ölkənin bir sıra problemlərinin həllini indiyə kimi tapa bilməməsi məhz H.Əliyevin rəhbərlik etdiyi hakimiyyətin səhvlərinin nəticəsidir.
2003-cü ilin aprelində H.Əliyevin səhhətində problemlər yaranıb. Müalicə məqsədilə əvvəlcə Türkiyəyə aparılıb. Daha sonra isə ABŞ-ın Klivlend klinikasına yerləşdirilib.
Amma müalicə nəticə verməyib. H.Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-da müalicə aldığı Klivlend klinikasında dünyasını dəyişib. Dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn edilib. -0-
-
- Analitika
- 10 May 2019 11:30
-
- Sual-cavab
- 10 May 2019 12:04
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz